booked.netbooked.net booked.net  

Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay-12, mənzil 19-da müvəqqəti (kirayədə qalan) yaşayan Məmmədova Səbinə İdrak qızının şikayət ərizəsi tərəfimizdən araşdırılır… Ortaya maraqlı məqamlar çıxıb.

Şikayətçi yazır: «Hörmətli «Təzadlar»! Sizə müraciətim hökumətimizin sosial siyasətini əlində bayraq edərək biznes qurumları ilə əlbir olan Nəsimi Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vətəndaşları aldatmasının qarşısının alınmasına aiddir! Daim Ədalət tərəfində olub, illərlədir ki, insanların hüququnu təmənnasız qoruyan bir media olaraq Sizə müraciət edirəm ki, bu dərdimi ən ali dövlət qurumuna göndərəsiniz, eləcə də işıqlandırasınız ki, ictimaiyyət Nəsimi rayonunda ev tikən şirkətin əhalini inandırıb, sonradan onları məhrumiyyətə düçar etməsindən xəbərdar olsunlar.

Belə ki, S.Rəhimov-201, mənzil- 33 ünvanda yerləşən 44-kv-lıq evimi “İcra Hakimiyyətinin nəzarəti altindadır, Dövlət proqramını yerinə yetiririk”-deyib inandıran "Yeni Ailə" MTK aldadaraq ələ keçirib, indi məni küçələrdə qoyub. Şirkət 2018-ci ilin 04 oktyabr tarixində mənimlə müqavilə bağladı və söz verildi ki, 2 il ərzində ev hazır olacaq, ev hazır olana qədər, yəni qeydiyyat şəhadətnaməsi və sonra «kupça» verilənə qədər ayı 500 manat olmaqla, 3 aylığı indidən kirayə haqqı ödəniləcək. Və mənimlə MMC-nin rəhbəri Fazil Məmmədovun imzası ilə müqavilə bağlandı. Bu şəxs indiyə qədər nə normal kirayə haqqı verir, nə də evi tam hazır vəziyyətdədir ki, «kupça»sını. Deyir pulumuz yoxdu. Mən hər dəfə kirayə pulunu xidmət orqanları vasitəsilə alıram, hal-hazırda mənə aprel ayı ilə birgə 4500 manat pul borcludurlar. Yaxşu, sifarişçi və nəzarətçi Nəsimi RİH-dirsə, niyə başçı susur??? Gücü çatmırsa, niyə bu yükü götürürdü, adını da qoyublar ki, guya dövlətin layihəsini  həyata keçirirlər, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edirlər. Bu cür layihələr özlərinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib, sakinlərin deyil. Qonşular yığılır hər dəfə narazılıq edir, yalançı vədlər verib ört-basdır edirlər. Sonuncu dəfə Nəsimi rayon Prokurorluğuna dəfələrlə müraciət etmişəm, bir dəfə müsbət cavab verilib, sonra onlar da bunları himayə edir. Nəsimi rayon  prokurorunun köməkçisi Yaqub Məmmədov şikayəti atır polisin üstünə ki, işi uzatsın. Prezidentə məktub yazmışam, teleqram vurmuşam dəfələrlə, Prezident Administrasiyasından isə şikayətimi Nəsimi Rayon İcra hakimiyyətinə yönləndiriblər. İcra Hakimiyyəti isə bu MTK-yə dəstək durmaqdadır. Hamını aldadırlar ki, guya hökümət layihəsidir, dövlət əhəmiyyətli layihədir, bizlər də nə bilək, dövlətin adına görə inanırıq. Onlar dövlətin adından belə saxta işlər üçün istifadə ediblər, Nəsimi rayon İcra Hakimiyyətinin tikinti işləri üzrə kuratoru deyir ki, düz edib kirayə pulunu vermirlər… Maraqlıdır ki, bizimlə müqavilə Fazil Məmmədovla bağlansa da,  şirkətin sahibi Rasim adli şəxsdir və dəfələrlə Rasimə müraciət etsəm də o əksər hallarda gizlənir, kirayə pulunu vermir! O da məlum olur ki, bu tikintidə vətəndaşlarla müxtəlif adamların adından müqavilələr bağlanmışdır, sonra kirayə pulu tələb edəndə, üstü açılır! Hətta qorxuruq ki, mənzillərimizi tələb edəndə də belə hoqqalarla qarşılaşaq.

Hörmətli redaksiya! Media 4-cü hakimiyyətdir. Amma hamı mətbuata inanır, çünki ən azından dərdimizi ictimailəşdirirsiniz. Çünki Prezident də Sizlərə güvənir. Xahiş edirəm araşdırıb tədbir görəsiniz, vətəndaş hüququmu qoruyasınız, məsələ həll edilsin. Həmçinin ərizəmi (şikayətimi) ən ali dövlət orqanlarına çatdırasınız və ictimailəşdirəsiz ki,  bu fırıldaqçılığa son qoyulsun. Artıq şübəhəlrim artır, mən evi istəmirəm, pulumu versinlər. Bu işdə cavabdeh olan Ziya adlı şəxsin və digərlərinin də əlaqə telefonlarını Sizə göndərirəm».

REDAKSİYADAN: əməkdaşlarımız aidiyyəti dövlət qurumları və adı çəkilən MTK rəhbərliyi ilə məsələni araşdırmaqdadır… Əlavə məlumat veriləcək.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN