booked.net booked.net  

Azərbaycan dövlətinə, xalqına qarşı etdiyi cinayət əməllərinə görə

Bakı həbsxanasında saxlanılan qondarma qurumun qondarma naziri Ruben Vardanyanın  Ermənistan və Qarabağ üçün xərclədiyi vəsait açıqlanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə AzTV  dünyada çox məşhur olan "Fort" jurnalının məlumatına istinadən videomaterial hazırlayıb.

Jurnal Vardanyanın xərclədiyi milyonların mənbəyini açıqlayıb.

 Qeyd edək ki, Vardanyan 90-cı illərdən Rusiya fond bazarının əsas fiqurlarından biridir və İrəvanda anadan olmuş investisiya bankiridir. Forbes onun sərvətini bir milyard dollar qiymətləndirir. 2022-ci ilin sonunda o, Rusiya vətəndaşlığından imtina edib və  Qarabağa gələrək qondarma "hökümətdə" təmsil olunub.

Xatırladaq ki, törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan Karlenoviç 2023-cü il sentyabrın 27-də Ermənistana keçmək istəyərkən sərhəddə saxlanılıb. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Televiziyasının (AzTV) hazırladığı həmin videomaterialı təqdim edirik: 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN