booked.net booked.net  

Dekabrın 11-də Bakının Səbail Rayon Məhkəməsi "Kanal 13" internet TV-nin bağlanması haqqında qərar qəbul edib. Bu barədə mətbuata kanalın həbs edilmiş rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib. 

Onun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmənin iclası müdafiə tərəfin və kanalın nümayəndələrinin xəbəri olmadan keçirilib. Öz növbəsində, Səbail Rayon Məhkəməsinin bu qərarının təsdiqini almaq mümkün olmayıb. Lakin problem ondadır ki, "Kanal 13"ün öz saytı yoxdur və bütün videolar birbaşa YouTube-da yerləşdirilir. Bu kanala çıxışın bağlanması ümumilikdə YouTube-a çıxışın bağlanması deməkdir. Lakin məhkəmənin qərarından 12 gün keçməsinə baxmayaraq, "Kanal 13"ün videolarına sərbəst şəkildə daxil olmaq mümkündür.

Xatırladaq ki, kanalın rəhbəri Əziz Orucov nobayrın 27-də "qanunsuz tikinti" ittihamı ilə həbs edilib. Bir neçə gün sonra ona qarşı CM-in 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qərb donorları tərəfindən qanunsuz maliyyələşmə nəzərdə tutulur.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN