booked.netbooked.net booked.net  

Salyan rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Vüqar Tağıyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 avtomat, 1 daraq və 7 patron aşkarlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN