booked.netbooked.net booked.net  

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Tezadlar.az xatırladır ki, Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.  Qeyd edilib ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla zabit A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN