booked.netbooked.net booked.net  

Nəhayət, İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə “Reuters” terrorçuların bəyanatına istinadən məlumat yayıb. “Santa Maria” kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür: "Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür. İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq”, - deyə nazir bildirib.

İstanbulda təhlükəsizlik tədbirləri yenidən gücləndirilib.

XALİQ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN