booked.netbooked.net booked.net  

Kazan Federal Universitetinin psixologiya və təhsil İnstitutunun dosenti Ramil Qarifullin /ruspravda.info/ saytında Bill Qeyts barədə maraqlı məqalə yerləşdirib. Mövzunun aktuallığını nəzərə alaraq, məqalənin Azərbaycan dilində tərcüməsini veririk.

Son vaxtlar Bill Qeyts koronavirusun nəticələrinin problemləri ilə bağlı gülünc və diletant bəyanatlar verib. Mənim üçün onun nə danışdığı yox, bu ifadələrin motivləri daha vacibdir. Bu motivlər Bill Qeytsin bir çox ölkələrin iqtisadiyyatını məhv etməsi, lakin ayrı-ayrı dünya maqnatlarını və beynəlxalq subyektləri zənginləşdirməsi, bəşəriyyətin təcrid edilməsi təşəbbüsü ilə çıxış etməsi və bu cinayətin cəzasının ağır olmasından qorxmasıdır. Qeytsin pulu ilə idarə olunan və onun oyuncağına çevirilən ÜST, beynəlxalq məhkəmələrin və beynəlxalq tribunalın obyekti olacaq.

Geyts dünya bazarında və birjalarda müxtəlif aferaların müəllifi, yeddi ürək dəyişən,sonda 102 yaşında ölən Soros kimi cəzadan qaçmağı düşünür. Burada vəziyyət fərqlidir və miqyas o miqyas deyil. Qeyts bu manipulyasiyanın mənşəyinin real koronavirus ətrafında daha dərin olmasına və dünya maliyyə sisteminin çürük problemləri və layihələri ilə əlaqəli olmasına baxmayaraq, cavab verməlidir. Gec-tez Beynəlxalq Tribunal olacaq. Lakin bəşəriyyət bu məhkəməyə uzun müddət gedəcək.

Hələlik isə, biz bir neçə il ərzində özümüzə bəraət qazandırmaq istəyirik ki, başqa yol yox idi, bəşəriyyət ölkə iqtisadiyyatının dağılması və sosial nəticələr üzündən daha çox insanı məhv edəcək bu boş-boş özünütəcridlərə getməyə məhkum idi. Biz özünə bəraət qazanan  Çin filmlərini seyr edəcəyik. Çin isə artıq bu barədə obyektiv məlumat vermir, bu reallığın ona heç bir aidiyyəti olmadığını bəyan edir.

Koronavirus manipulyatorları üzərində Beynəlxalq Tribunalın motivləri təkcə bəşəriyyətin əzabları ilə deyil, həm də dünyanın zərər çəkmiş böyük biznesmenləri ilə də bağlı olacaqdır. Kapitalların mübarizəsi öz işini görəcək!

Təqdim etdi: Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN