booked.net booked.net  

Qazaxıstan 2013-cü ildə imzalanmış MDB-nin Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında sazişə xitam verilməsi haqqında protokolu təsdiqləyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə Sərəncam imzalayıb

“Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında Minskdə 2013-cü il oktyabrın 25-də imzalanmış 1995-ci il 26 may tarixli sazişə xitam verilməsi haqqında protokol təsdiq edilsin”, –deyə sərəncamında qeyd edilir.

Qeyd edək ki, sənəd imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, iki gün öncə Rusiya məhkəməsi Qazaxıstandan Avropaya mühüm neft ixrac terminalını bağlayıb.

Belə ki, Novorossiysk şəhərinin Primorsky rayon Məhkəməsinin qərarı ilə “Xəzər Boru Kəməri Konsorsiumu”nun (CPC) fəaliyyəti 30 gün müddətinə dayandırlıb.

Bu qərara səbəb “Rostransnadzor” tərəfindən təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və istismarı zamanı ekoloji tələblərə uyğunluğun qiymətləndirilməsində aşkar edildiyi iddia edilən pozuntular olduğu bildirilir.

CPC qazax neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan həcmin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.

Qeyd edək ki, məsələ ilə bağlı bir çox KİV-də Ukraynadakı müharibəyə görə son zamanlar Rusiya ilə Qazaxıstan arasında yaranan fikir ayrılıqlarına diqqət çəkilir. Və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qondarma “DXR” və “LPR” dövlətlərinin müstəqilliyini tanımayacağı barədə söylədiklərinin Rusiyanın xoşuna gəlmədiyi xatırladılır...

 Y.MƏMMƏDLİ 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN