booked.net booked.net  

Haqlı olaraq Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərin qarşısına bütün ölkəni azad etməyi tapşırıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov danışıb Sitat: "Söhbət təkcə Xerson vilayətindən deyil, bütün ölkənin işğaldan azad edilməsindən gedir. Və Prezident hərbçilərimizin qarşısına bu cür tapşırıq qoyub. Əlbəttə ki, biz bütün əraziləri birdən azad edə bilmərik, bu, sadəcə olaraq, zaman məsələsidir”.

O əlavə edib ki, Xerson yaxınlığındakı Rusiya anbarlarında baş verən partlayışlar Ukraynada olan yüksək dəqiqlikli silahların işidir. "Rusiyanın vəzifəsi bir ölkə olaraq bizi, ali siyasi rəhbərliyi məhv etmək və ölkəmizin mövcudluğunu dayandırmaqdır".

Ukrayna ərazisində isə Rusiyanın başladığı müharibə davam edir. Rusiya mülki obyektləri raketlə dağıtmağa üstünlük verməkdədir. Bu isə o deməkdir ki, Rusya ordusu Ukrayna ilə müharibədə könülsüzdür, yaxud Ukrayna silahları qarşısında acizdir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN