booked.netbooked.net booked.net  

Hazırda həbsdə olan eks prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması üçün başladılan imzatoplama kampaniyası davam edir.

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, kampaniya paytaxt Tbilisi ilə yanaşı müxtəlif bölgələrdə də davam etdirilir. “Vahid Milli Hərəkat”ın Tbilisi təşkilatının sədri Zaza Qoqava bildirib ki, indi Avropa İttifaqında imzatoplama kampaniyası başlayır, bütün dünya Mixeil Saakaşvilinin tez bir zamanda azadlığa buraxılması üçün işə qarışıb. O deyib ki, toplanan imzalar daha sonra ölkə Prezidenti Salome Zurabişviliyə təqdim ediləcək: "Biz Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edirik və ondan xahiş edirik ki, Mixeil Saakaşvilini dərhal əfv deyil, azad etsin. Mixeil Saakaşvilinin seçicilərinin iradəsi nəzərə alınmalıdır və o, azadlığa buraxılmalıdır", - deyə Zaza Qoqava bildirib.

Siyasi təhlilçilər də hesab edir ki, Gürcüstanın yeni baş naziri bu məsələdə müsbət rol oynaya bilər... 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN