booked.netbooked.net booked.net  

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın Rusiyaya qarşı Abxaziya və Cənubi Osetiyada insan hüquq və azadlıqlarının pozulması ilə bağlı 2018-ci ildə irəli sürdüyü iddianı təmin edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, qərarın mətni AİHM- nin saytında yerləşdirilib. Sənəddə göstərilir ki, 2008-ci ilin avqustunda Rusiya hərbçilərinin beynəlxalq hüquqa əsasən Gürcüstanın suveren əraziləri hesab olunan Cənubi Osetiya və Abxaziyada həyata keçirdiyi hüquqazidd əməllər nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5.1-ci və 8-ci maddələri pozulub. Qərarda Avropa İnsan Hüquqları Məhkəməsinin əlində Rusiya tərəfinin Gürcüstanda həyata keçirdiyi qısamüddətli hərbi əməliyyatın qurbanları haqqında məlumatların, şahid ifadələri və həmin dövrdə regiona səfər edən jurnalistlərin hazırladığı reportajların mətnlərinin olduğu da xüsusilə qeyd olunub. Gürcüstan baş verənlərlə bağlı iddianı 2008-ci ildə də irəli sürüb, lakin həmin vaxt məhkəmə heyəti onu əsassız hesab edərək, təmin olunmaması barədə qərar çıxarıb.
 Rusiya hökuməti 2008-ci il, avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Kreml o zaman bu qərarını mövcud reallıqlara uyğun şəkildə atılan addım kimi dəyərləndirib. Rusiya hökuməti 2022-ci il martın 15-də isə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarları tanımayacağı ilə bağlı rəsmi bəyanat verib. Bir qədər əvvəl isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin sözü gedən qurumun qərarlarının heç bir şəkildə icra olunmayacağını bildirib.

Bəs Avropa Məhkəməsi qəbul etdiyi qərar icra edilmədiyi halda hansı addımı ata bilər? Gürcüstanda bu suala cavab axtarmağa çalışırlar...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN