booked.netbooked.net booked.net  

Ağdamın "Qarabağ" komandası tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.

Tezadlar.az bildirir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandası turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib. H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1. Avropa Liqasında pley-off mərhələsinin püşkü isə dekabrın 18-də atılacaq.

Komandamıza uğurlar arzulayırıq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN