booked.netbooked.net booked.net  

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov 2-ci Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalının münsiflər heyəti tərəfindən üzərində Nizami Gəncəvinin əksi olan medala layiq görülüb...

Medalın Sertifikat-diplomunda Azad Şükürovun türk dünyası mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrı görə bu yüksək mükafata layiq görüldüyü qeyd olunub.

"Təzadlar" ailəsi və oxucularımız adlndan Əməkdar artist Azad Şükürovu ürıkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq!

XXX 

Şükürov Azad Hətəm oğlu 1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub.
1977-1981-ci illər də M.A.Əliyev adına ADİİ-nin aktyorluq şöbəsinə təhsil alıb, daha sonra N.B.Vəzirov adına LDDT-ya aktyor təyin edilib. 1984-cü ildən indiki ADMİU-nun Tədris Teatrında işləmiş, 1990-cı ildən “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır. 2001-2006-cı illərdə kafedra müdiri vəzifəsində işləyib. 2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb.
Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. “Televiziyada danışıq” proqramı (1990), “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər (1998) və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin (2006) müəllifidir.
Ailəlidir, 2 övladı var.

JASMİN

d4ea9cff-f627-4e0e-9788-3b0a8113fc0c

74d3d663-95f2-41df-a9b8-a22f19c8d29f

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN