booked.netbooked.net booked.net  

Mərhum Xalq artisti Ramiz Novruzun ailəsində qalmaqal yaşanıb.

TEZADLAR.AZ xəbər verir ki, aktyorun qızı Şəfəq Novruz və nəvəsi Ayan sosial şəbəkədə qalmaqallı sözlər paylaşıblar. Onlar əvvəlcə ad çəkmədən dava etdikləri şəxsin bir vaxtlar onların ailə üzvlərindən biri olduğunu vurğulayıblar. Mübahisəyə səbəb isə adının açıqlanmadığı xanımın Ayanla bağlı xoşagəlməz sözlər işlətməsi olub. 

Şəfəq və Ayan yayımladıqları səsyazılarında və görüntülərdə həmin şəxsin üzünü gizlədib və bunları qeyd edib:

"Bu şəxsin kim olduğunu açıq demirik. Onun lazım olan ətrafı çox şeyi bildi. Gərək deyil ki, sosial şəbəkələrdə bilinsin. Amma nəslinin, kökünün adı-sanı olmayan, siravi insanların övladları üçün utanc yoxdur. Heç nədən utanmırlar, belə hadisələrdən sonra “şərəfə” yazıb şəkil də paylaşıblar. Bizim başımıza gəlsə, yerə girərdik. Bir il ərzində çox şeyi ürəyimdə saxladım. Onda atam da sağ idi. Dəfələrlə bu haqda mənə sual gəlib, cavablandırmamışam. Demək istəyirəm ki, narahat olmayın. O, bizim ailədən çıxmış adamlara aiddir. Bundan sonra nələrsə olacaq, haqqımızda şər-böhtanlar atılacaq. O videonu da gələcəyi olan insanların xatirinə silirəm. Ailəmin səsləri mənə bəsdir. Bu söhbət Cavidana, Ayana, mənə aid deyil. Çox şükür, haqq yerini tapdı. Eşitdiyim söhbətlər özünü doğrultdu".

Daha sonra isə onların adını gizli saxladıqları şəxsin qardaşı Nərimanın həyat yoldaşı Əzizə Novruzova olduğu ortaya çıxıb. Əzizə və Nəriman boşanıb, cütlüyün iki övladı var. Bir vaxtlar Şəfəqin salonunda çalışan Əzizə uzun müddətdir özünə başqa məkan açıb və orada fəaliyyət göstərir. Hazırda Şəfəq, Ayan və Əzizə arasında mübahisə yaşanıb. 

Əzizə də öz sosial şəbəkə hesabında Şəfəqlə bağlı paylaşımlar edib, onların dediklərinə cavab verib:  

"Elin gözü tərəzidir, hər kəs öz mədəniyyətinə görə davranır. Sübutlarla açıqlama verəcəyəm".

Əzizə daha sonra Cavidanın səsyazısını yayaraq "Qardaşlarına hörmət qoydum eləmədim, amma yenə də saflığım. Heç vaxt baş qoşmamışam yola vermişəm ki, eyibdir, səviyyəmi itirməyim, sakit dayanıb kənardan durub izləyib gülmüşəm. Çünki ən gözəl cavab susmaqdır. Az da olsa açıqlama verməliyəm, çünki dil uzatdılar. O insan dil uzadar ki, özü, qızı ağ kağız olar. Hamısını canlıda danışacağam" sözlərini qeyd edib.  

axşam.az

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN