booked.netbooked.net booked.net  

 Nizami rayonu Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatı İctimai Birliyinin sədri Yəhya Ağayevin dekabrın 12-də 81 yaşı tamam oldu...

Bu münasibətlə Nizami rayon Veteranları İctimai Birliyinin bütün üzvləri Yəhya Ağayevi ürəkdən təbrik edərək, ona sağlam və uzun ömür arzulayıblar. Y.Ağayev 30 ildən çox polis orqanlarında işləyəndən sonra mayor rütbəsində təqaüdə çıxıb. 81 yaşının olmasına baxmayaraq, böyük həvəslə rayonun bütün ictimai-siyasi həyatında fəal iştirak edir, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, özü kimi veteranlarla birgə mühüm rol oynayır. Y.Ağayevi tez-tez şəhid ailələri, qazilər və Qarabağ veteranları ilə görüşlərdə görürük. Bu kateqoriyadan olan insanlara Y.Ağayevin rəhbərlik etdiyi Veteranlar Təşkilatı çox böyük həssaslıqla yanaşır. Prezident cənab İlham Əliyevin bir çox sərəncamlarının rayon ictimaiyyəti arasında mahiyyətini çatdırmaq üçün çoxsaylı tədbirlər həyata keçirir. Prezidentin gənclər siyasətinə  xüsusi  həssaslıqla yanaşaraq, tez-tez rayon ərazisində yerləşən orta məktəblərdə, liseylərdə, kolleclərdə müxtəlif tədbirlər təşkil edir.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, rayon Veteranlar Təşkilatı İctimai Birliyinin sədri, el ağsaqqalı kimi Yəhya Ağayevin keçirdiyi tədbirlərə həmişə, hərtərəfli dəstək verib və onun işlərindən razı qalıb.   44 günlük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsinin qazilərinə, veteranlarına özünün və digər veteranların keçdiyi şərəfli ömür yolundan, Vətəni və dövləti necə sevməyindən nümunələr gətirərək, onların cəmiyətə adaptasiya olunmasında böyük işlər görür. Hərdən yaşına uyğun olmayan bir  çevikliklə bir gündə bir neçə tədbirdə ola bilir və bundan qətiyyən yorulmur, usanmır.

Yorulmaz veteran Yəhya Ağayevə 81 yaşının tamam olması münasibəti ilə dövlətimiz və Vətənimiz naminə daha böyük uğurlara imza atmasını arzulayaraq deyirik: “Yəhya müəllim, Sizə  100 il ömür arzulayırıq ki, dövlətimizin və xalqımızın yolunda belə yorulmaz fəaliyyətinizi hələ uzun illər  davam etdirəsiniz. Bir daha ad gününüz mübarək olsun!”

Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatı İctimai Birliyinin adından:  Elçin Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN