booked.netbooked.net booked.net  

Eyni adı daşıyan müğənnilərin söz savaşı davam edir.

Əməkdar artist Şəbnəm Tapdığın son açıqlaması cavabını çox da gözlətməyib. Tovuzlu Şəbnəm Tapdıqdan yaxa qurtarmağın yolunu onun ailə qurmasında görüb və məsləhət verib...

 KİV-in məlumatına görə, müğənni Şəbnəm Tovuzlu həmkarının onun adı (guya adı Aygündür) ilə bağlı iddiasına  gülərək cavab verib:

"İşə düşmüşəm... Əgər bu qədər iddialıdırsa mənim Tovuzda müəllimlərim var, getsin soruşsun. Öyrənsin görsün hansı adla məktəbə yazılmışam, bütün kənd məni necə tanıyıb. Şəbnəm Tapdığa ailə qurmaq lazımdır ki, başı ailəsinə qarışsın. Mənə başı qarışmasın" - deyə, Ş.Tovuzlu bildirib. 

Onu da qeyd edək ki, bir müddət əvvəl Şəbnəm Tapdıq, Tovuzluya adını dəyişməsini təklif edib, həm də ona ad da tapıb yaraşdırıb - “Şəbnur”.

Bu barədə Şəbnəm Tovuzlu özü açıqlama vermişdi.

"Mənə təklif edib ki, adını dəyiş və Şəbnur qoy. Cavab verdim ki, bu ad rəhmətlik anamdan xatirədir. Heç vaxt dəyişmərəm, ölənə kimi bu adla qalacağam. Sevinin ki, zamanında sizə fanatlıq edən bir qadın adınızı övladına qoyub. Buna sevinməlisiniz, nəinki hörmətsizlik etmək. Bunu hər zaman demişəm. Şəbnəm Tapdığın özünə də demişəm ki, adımı sizə görə qoyublar. Aramızda ad üstündə mübahisə də olub. Ona hörmətsizlik etmərəm, nə istəsəniz edərəm, bircə adım yox. Sənədlər göstərdi ki, illər əvvəl atası Şəbnəm adını ona başqa yerdən alıb. Sənədləri belə var. Fransız adı olub".

Xatırladaq ki,  Şəbnəm Tapdıq Şəbnəm Tovuzlunu adı ilə bağlı məhkəməyə verib. Ötən gün məhkəmənin ilk iclası keçirilib, lakin adaşı məhkəməyə gəlməyib.

Onu da əlavə edək ki, illər öncəsi Ş.Tapdıq adaş həmkarlarının eyni adla konsertlər verməsinə etiraz olaraq MTRŞ-ə ərizə vermişdi.

 O, ərizəsində həmin müğənnilərin televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etməyi istəyirdi.

Lakin MTRŞ onun tələbinə etiraz edərək bildirmişdi ki, Ş.Tapdığın qaldırdığı həmin iddia, əsassızdır:” O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.

***

Heç nəyə baxmayaraq, Şəbnəm Tapdıq adının tək ona məxsus olmasını istəyir və o, bunu Azərbaycanda ilk olaraq ona bu adın verilməsi ilə izah edir...Belə görünür ki, Şəbnəm Tovuzlu hələ uzun illər adı ilə bağlı məhkəmələrə çəkiləcək...

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN