booked.netbooked.net booked.net  

Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanıldı.

“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı növbəti 3 ildə qüvvədə olacaq.

"Qeyd edək ki, bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib.

Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.

Bütün bunlar ilə yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədə uyğundur. Xüsusən də kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək", - deyə deputat vurğulayıb.

 Xatırladaq ki, yanvarın 1-i tarixindən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunmağa başlanılıb. Bu, Prezident İlham Əliyevin  fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN