booked.netbooked.net booked.net  

Ölkənin ali təhsil ocaqlarının 72,4%-ni özəl universitetlər təşkil edir...

Milli Statistika Bürosu Qazaxıstanda fəaliyyət göstərən universitetlərdə təhsil alan  tələbələrin sayını hesablayıb.

Qurumun məlumatına görə, cari tədris ilində Qazaxıstanda fəaliyyət göstərən ali təhsil və ali təhsildən sonrakı (aspirantular) müəssisələrinin sayı 116 olub.

“Ali təhsil proqramlarını həyata keçirən müəssisələrin ümumi sayının 72,4 faizini özəl, 25,9 faizini dövlət, 1,7 faizini isə xaricilər təşkil edir .

2022-2023-cü tədris ilinin əvvəlinə tələbələrin sayı 578,2 min nəfər olub, onlardan 308,6 min nəfərini və ya 53,4 faizini qadınlar təşkil edib”, - MSB-dən bildirilib.

Təqdim olunan tələbə sayından belə məlum olur ki, Qazaxıstanda ali təhsil alan tələbələrin 269,6 nəfəri kişilərdir.

Tələbələrin ümumi sayının 98,5%-i əyani, 0,7%-i qiyabi, 0,8%-i axşam şöbələrində təhsil alır.

 “Dövlət ali və ali təhsildən sonrakı müəssisələrdə təhsil alan tələbələrin xüsusi çəkisi 21,7 faiz, özəllərdə 77,5 faiz, xarici təhsil müəssisələrində 0,7 faizdir.

Tədris ilində ali təhsil proqramları üzrə hesabata əsasən, 213,4 min nəfər və ya tələbələrin 36,9 faiz dövlət təhsil qrantı üzrə təhsil alır, 364,9 min nəfər və ya tələbələrin ümumi sayının 63,1 faizi ödənişli təhsil xidmətləri alır”, - deyə statistiklər qeyd ediblər.

Qeyd edək ki, bir neçə ay əvvəl Qazaxıstan Respublikasının təhsil naziri Asxat Ayağambetov departamentin aparat iclasında gənclərin təhsil və peşə əldə etmələrində kifayət qədər dəstək göstərilmədiyinə görə Türküstan vilayətinin hakimiyyət orqanlarının hərəkətlərini tənqid edib və təhsilə az qrant verən regionlara dəstəyi dayandırmaqla hədələyib.

Xatırladaq ki,  2022-2023-cü tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 111 ölkədən 8819 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkənin dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 97 min 163 nəfər olub.

Təhsil alan qadınların 85 min 925-i dövlət, 11 min 868-i isə özəl müəssisələrdə təhsil alıb. Son illər ali təhsil alan qızlarımızın sayı artan xətt üzrə gedir.

Ötən tədris ilində əyani təhsil alan tələbələrin 59,5%-i ödənişli təhsil alanlar olub və ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 173 nəfər idi.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN