booked.net booked.net  

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bir daha sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərin əmək haqqlarının ədalətli şəkildə artırılma yollarından bəhs edib.
Deputat diqqətə çatdırıb ki, onlara edilmiş yüzlərlə müraciətlər təsdiq edir ki, sertifikasiya imtahan nəticələrinə uyğun əmək haqqı artım mexanizminin təkmilləşdirilməsi vacibdir:
"Təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyi üçün əmək haqqı artım faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır.
Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənəd ilə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100.0 bal toplamaq imkanı var", - deyə bildirib.
Onun sözlərinə görə, bu baxımdan da, əmək haqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir.
Vüqar Bayramovun fikrincə, bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər.
"Qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu da nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın qiymətləndirilməsi ilə bağlı ekspertlər ilə görüşün keçirilməsi və konstruktiv dialoq əsasında müzakirələrin aparılması məqsədəuyğundur. Bu metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni imkan ola bilər", - deyə deputat nazirliyə xatırlatma edib.
Xatırladaq ki, Vüqar Bayramov bundan əvvəl də müəllimlərin serifikasiya imtahanlarından sonra onların maaş artımı mexanizminin təkmilləşdirməyə ehtiyacı olduğunu açıqlamış, təkliflərini vermiş və nazirliklə bu məsələnin müzakirəsinin vacibliyini də bildirmişdi.
Y.MƏMMƏDLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN