booked.net booked.net  

Türküstan şəhərinin məktəblisi “ağıllı” məktəbli çantası yaradıb.

Bu barədə Qazaxıstan Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki,  şəhərdəki  “Törtkül” məktəbinin şagirdi Aytuar Sovetbek öz ixtirasını ilk dəfə məktəbə gedərkən sınaqdan keçirib və dərsdə nümayiş etdirib. Çanta kobud yollarda uğurla hərəkət edə bilib.

Azyaşlı bu fikrə avtomobil qəzası keçirdikdən, daha doğrusu, həkimlərin ona ağır çanta daşımağı yasaqlayandan sonra düşüb.

 O,  uzaqdan idarə olunan, kitab daşıyan çantanı necə hazırlamağından bəhs edib:

“Əvvəlcə onu kağızdan və kartondan hazırlamağa çalışdım. Bir neçə başqa materialdan istifadə edərək plastik qutunun effektivliyini yoxladım. İlk çantam plastikdəndir, kitablarımı və dəftərlərimi içinə qoyuram, sinif yoldaşlarım pilləkənləri qalxmağa kömək edir”, - Aytuar deyib.

İndi türküstanlı məktəbli mobil çantanı təkmilləşdirmək üzərində işləyir: o, çantanı pilləkənlərlə yuxarı qaldıran mexanizm yaratmağı, hətta məhsulu satışa çıxarmağı planlaşdırır.

Qeyd edək ki, ölkəmizdə də belə bir çantaya şagirdıərin çox ehtiyacı var. Nəzərə alsaq ki, ibtidai sinif şagirdlərinin sayca çox olan kitabları, iş dəftərləri, dərs ləvazimatları... onların bərkiməmiş onurğa sütununa ağırlıq edir və bundan həm valideynlər, həm də şagirdlər narazılıq edirlər.

Yəqin ki, belə bir çanta satışa çıxarılarsa, valideynlər ona yox deməzlər...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN