booked.netbooked.net booked.net  

Alimlər son 30 ildə xərçəng xəstəliyinin artma səbəbləri barədə baş sındırdığı bir məqamda ortaya inanılmaz faktlar çıxıb...

Belə ki, sən demə, Britaniyanın əczaçılıq nəhəngi "Glaxo" 40 ildən artıqdır ki, mədə xorası və mədə yanması dərmanı kimi istifadə olunan "Ranitidin" adlı dərmanın təhlükələrini gizlədirmiş. Tezadlar.az "Bloomberg"ə istinadla bildirir ki, istehsalçının 1978-ci ildən bəri bu yan təsirdən xəbərdar olduğu məlum olub. Bu, "Ranitidin" adlı  dərmanın aktiv maddəsi ilə bağlıdır. Belə ki, dərman kimi qəbul edildikdə güclü kanserogen N-nitrosodimetilamin (NDMA) buraxır. Şirkət bu araşdırmaların nəticələrini gizlədib və dərmanı apteklərdən geri çağırmayıb.

Qalmaqal isə böyüməkdədir. Dünya Səhiyyə Təşkilatı artıq bununla bağlı şirkətə rəsmi sorğu verərək araşdırmalara başlayıb. 

Hələki şirkətin rəsmiləri bu inanılmaz iddialara reaksiya verməyib. Gözlənilir ki, dünyanın əsas əczaçılıq qurumları məsələnin ört-basdır edilməməsi üçün koalisiya yaradaraq daha sərt addımlar atacaqlar.

A.Məmmədli

panitidin

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN