booked.netbooked.net booked.net  

2022-ci ildə dünyada xərçəng xəstəliyinə təxminən 20 milyon yeni yoluxma faktının qeydə alındığı, 9,7 milyon insanın isə bu xəstəlikdən öldüyü bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı hesabat yayımlayıb.
Hesabatda 2022-ci ildə dünyada xərçəng xəstəliyinə təxminən 20 milyon yeni yoluxma faktının qeydə alındığı, 9,7 milyon insanın isə bu xəstəlikdən öldüyü bildirilib
Hesabatda xərçəng diaqnozu qoyulan və 5 il sağ qalanların təxmini sayının 2022-ci ildə 53,5 milyon olduğu qeyd olunub.
Hesabatda 2050-ci ildə 35 milyondan çox insana xərçəng diaqnozu qoyulacağı bildirilib.
Qlobal xərçəng yükünün sürətlə artdığı qeyd edilən hesabatda tütün, alkoqol və piylənmənin xərçəng hadisələrinin arxasında dayanan əsas amillər olduğu, havanın çirklənməsinin isə “ekoloji risk” faktorlarından biri olduğu xatırladılıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN