booked.net booked.net  

Koronavirusun “omicron” ştammına yoluxmuş şəxs cəmi bir neçə saat ərzində infeksiyanın yayılmasına səbəb ola bilər.

 Bu barədə “Rossiya 1” telekanalının efirində “Rospotrebnadzor”un Yekaterinburqdakı filialı - “Vektor” Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzinin rəhbəri Aleksandr Semyonov danışıb.

"Ən xoşagəlməzi odur ki, o sürətlə çoxaldığına görə siz virusa yoluxduqdan üç-dörd gün sonra deyil, artıq axşama doğru virusun yayıcısı ola bilərsiniz", - deyə virusoloq bildirib.

 Lakin virusoloq “omicron”la bağlı sevindirici xəbəri də açıqlayıb.

“Koronavirusun bu variantı bədəndən daha sürətli xaric olur, təxminən bir həftə ərzində” Semenov əlavə edib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omicron” adını verib.

“Omicron”un daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanda da koronavirusa yoluxma sayı durmadan artır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində virusa yoluxanların sayı 4 943 nəfərə çatıb. Lakin onların neçə faizinin  koronavirusun "omicron" ştammına yoluxması barədə məlumat verilmir.

JASMIN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN