Bu gün Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə və “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatlar təqdim olundu...

Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumatda bildirilir ki, bu gün Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib. Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks islahatların aparıldığını qeyd edən Baş prokuror qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.  

pro-2

Daha sonra qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin ən yaxşı müstəntiqi” Müsabiqə komissiyasının sədri-Baş prokurorun birinci müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə komissiyasının sədri-Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat veriblər. Müsabiqələrin nəticələrinə əsasən “İlin ən yaxşı müstəntiqi” seçilmiş Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Fərrux Əzimli və “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Müşfiq Rəhimova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub. 

***

 Mərasim zamanı, həmçinin, xidməti vəzifələrinin icrasında fərqlənmiş,  o cümlədən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərinin açılmasında peşəkarlıq göstərmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib. Xüsusi vurğulanmışdır ki, Ulu öndər “Heydər Əliyev İli” çərçivəsində mükafatlara layiq görülmüş əməkdaşlar öz məsuliyyətini dərk etməklə bundan sonra da xidməti fəaliyyətlərində səmərəliliyin yüksəldilməsinə və işin daha effektiv təşkilinə çalışacaqlar. Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib. Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2022-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Xalq qəzeti” və “Lent.az” xəbər saytı “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub. Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov və “Lent.az” xəbər saytının baş redaktoru Hafiz Heydərov çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

Mərasim çərçivəsində, həmçinin, “İctimai” televiziyada yayımlanmaqla geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olmuş “Əqrəb mövsümü” çoxseriyalı bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər. Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş “Əqrəb mövsümü”nün sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından və izləyicilərin rəğbətindən məmnunluğunu bildirməklə filmin son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasında olmasını qeyd etmişdir. Bildirilib ki, serialda çətin və şərəfli prokurorluq peşəsinin incə məqamlarının göstərilməsi ictimaiyyətin böyük marağına səbəb olub. Gənclərin zərərli vərdişlərdən çəkinməsi və ümumilikdə cəmiyyətin hüquqi maariflənməsi baxımından bu kimi layihələrin gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.

***

İndi sual olunur: Azərbaycanın Ali Qanunverici orqanının-Milli Məclisin orqanı olan (deputat Bəxtiyar Sadıqov qəzdən və məqsədli şəkildə qəzeti "Rəsmi dövlət qəzeti" kimi təqdim edir) "Azərbaycan" qəzetinin hüquq şöbəsi var. Həmin şöbədə yetərincə işçilər-jurnalistlər var. Necə olur ki, "Xalq qəzeti" və "Lent.az" "Prokurorluğun dostu" mükafatına layiq görülür, amma bu boyda rəsmi deyilən bir qəzet isə Baş Prokurorluğun dostu sayılmır? Dostu sayılmırsa, deməli... Hansı ki, Bəxtiyar Sadıqovun məramı ilə qəzet "Rəsmi Dövlət qəzeti" adlandırılır. İndi özünüz nəticə çıxarın: rəsmi sayılan qəzeti rəsmiyyət saya salmırsa, daha əlavə nə deyək!

***

 Bəli, son zamanlar ölkə mediasında "Azərbaycan" qəzetində dərc edilmiş plagiat yazılar qalmaqal yaratdı. Qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun və onun müavini İxtiyar Hüseynlinin başı akademik Ramiz Mehdiyevə həsr olunmuş çoxsaylı məqalələr yazıb-yazdırmağa necə qarışıbsa, deməli, ölkədə cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş xəbərlər, araşdırma yazıları hazırlamaq yaddan çıxıb... Belə bir vacib mövzunu yaddan çıxaranın da Baş Prokurorluqda "yaddan çıxarmaq" təbii haldır... Halbuki Bəxtiyar da, İxtiyar da... Azərbaycanın Əməkdar Jurnalistləridir!

Belə...

Elçin Məmmədli 

b-1

bex-eli-hes

b-2

(Soldakıları Gülənçiləri yəqinki tanıdınız)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN