booked.netbooked.net booked.net  

9 iyun 2021-ci il tarixində “Zəfərdən-Zəfərə Olimpiya Ümidləri” adlı tədbir keçiriləcək.

Bu barədə Tezadlar.az-a Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözləriniə görə, tədbir Azərbaycan Silahlı Qüvvələrinin ilk könüllü tank batalyonunun yaranmasının 30 illik yubileyi və Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan karateçilərimizi ruhlandırmaq məqsədi ilə təşkil edilir.

Tədbir Azərbaycan Milli Karate Federasiyası, Paşa Bank Açıq Səhmdar Cəmiyyəti, Veteran Tankçılar Birliyi və Dağ Yəhudiliəri İcmasının birgə təşkilatçılığı, habelə Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Bakı şəhər Gənclər və Baş İdman İdarəsi və CBC Sport İdman Televiziyasının dəstəyi ilə keçirilir.

Qeyd edək ki, tədbir saat 18:00-da Dənizkənarı Bulvarda Kukla teatrı binasının arxasındakı meydançada təşkil ediləcək. 

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN