booked.net booked.net  

Əvvəlki illərlə müqayisədə "Azəristiliktəchizat"ın fəaliyyəti dövründə istilik mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınıb.

Bunu “Azəristiliktəchizat” ASC sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov bildirib.

Müşavirin sözlərinə görə, cəmiyyətə məxsus qazanxanaların sayı 166-dan 564-ə (3,4 dəfə çox), yaşayış binalarının sayı 988-dən 3871-ə (3,9 dəfə), məktəblərin sayı 146-dan 287-yə (2 dəfə), uşaq bağçalarının sayı 84-dən 162-yə (1,9 dəfə), səhiyyə obyektlərinin sayı 61-dən 152-ə (2,5 dəfə), digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2224-ə çatdırılaraq 24,4 dəfə artım qeydə alınıb.

***

Qeyd edək ki, hər il paytaxtda binaların qızdırılma mövsümü başlayanda, bir çox bina sakinlərinin giley-güzarı da artır. Onların bir çoxu binaya verilən istiliyin zəif olmasından, yaxud istilik mövsümünün gec başlamasından (noyabrın 15- də deyil), otaqların bir xəttində normal temperatur olduqda, digərində zəif və ya tamamilə olmamasından şikayətçidirlər. Mənzil sahibləri hər qış mövsümü normal temperatur olmadığına görə elektrik qızdırıcılarından, kondisionerlərdən istifadə etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Bu isə ailə büdcəsinə çox baha başa gəlir. Çünki işıq pulu limiti keçdikdə yuxarı qiymətlə hesablanır, həm də bu, elektrik enerjisi itkisidi.

Və elə bu üzdən də bir çox bina sakinləri istilik pulu verməkdən imtina edirlər və bu da narazılıqlara yol açır.

Lakin paytaxtın elə əraziləri var ki, bina sakinləri “Azəristilikdən” razılıq edirlər. Çünki yaşadıqları binalar müntəzəm və normal istiliklə təmin olunur və əlavə qızdırıcılara da ehtiyac olmur.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN