booked.net booked.net  

 

Gürcüstanın bir qrup Qeyri Hökumət Təşkilatı Rusiya vətəndaşlarının cari ildə ölkə ərazisində həddən çox kompaniya açmasından və bunu  sanksiyalardan yayınmaq üçün etdiklərindən narahatdırlar.

Buna görə də QHT üzvləri hökumətdən Rusiya vətəndaşlarının ölkə ərazisinə axınının qarşısını alması üçün viza rejimini tətbiq etməyi tələb ediblər.

Onlar hökumətə bununla bağlı müraciət ünvanlayıblar.

Gürcüstan KİV-nin məlumatına görə, həmin bəyanatda qeyd edilir ki, 2022-ci ilin 24 fevral tarixindən, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı gündən etibarən, Gürcüstana daxil olan Rusiya vətəndaşlarının sayı kəskin şəkildə artıb.

 Hökumətin diqqətinə çatdırılıb ki, cari ilin yanvar-iyun aylarında Rusiya vətəndaşları tərəfindən Gürcüstanda 6400-dək kampaniya yaradılıb ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7 dəfə çoxdur.

Bəyanatı imzalayan QHT-lərin fikrincə, işğalçı ölkə vətəndaşları bizneslərini Gürcüstana köçürərək, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmağa çalışırlar və buna görə də ölkə ərazisinə daxil olan Rusiya vətəndaşlarının və onlar tərəfindən yaradılmış biznesə nəzarət etmək vacibdir.

Vurğulanır ki, RF tərəfindən Gürcüstanda həyata keçirilən etnik təmizləmə, insan hüquqlarının pozulması, həmçinin Rusiya tərəfindən tez-tez öz vətəndaşlarını qorumaq bəhanəsi ilə digər ölkələrə qarşı həyata keçirilən müdaxilə ona əsas verir ki, Gürcüstan tərəfi sözügedən ölkənin vətəndaşlarına nəzarət etsin və onlar üçün viza tətbiqinə başlasın.

Qeyd edək ki, bəyanatı 18 QHT imzalayıb.

Gürcüstan hökumətinin bu bəyanata münasibətini isə yəqin ki, yaxın günlərdə biləcəyik.

Xatırladaq ki, Gürcüstan Dövlət Sərhədinin keçilməsi ilə bağlı rəsmi statistikaya görə, təkcə cari ilin aprel ayında Gürcüstana Rusiya Federasiyasının 48 797 vətəndaşı daxil olub. Onlardan neçə nəfərin Gürcüstanda qalıb, neçəsinin ölkəni tərk etdiyi məlum deyil.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN