booked.net booked.net  

2023-cü ildə Azərbaycana 1,3 milyondan çox səyahətçinin gəldiyi bildirilib.

2026-cı ildə ölkəyə gələcək turistlərin sayının isə 4 milyon nəfərə çatdırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev Azərbaycan Respublikası Səyahət Agentlikləri Assosiasiyasının işinin yekunlarına həsr olunmuş konfransda bildirib.

O, diqqətə çatdırıb ki, cari ilin  yanvar-avqust aylarında Azərbaycan 1,3 milyondan çox səyahətçi qəbul edib.

Qeyd edək ki, Azərbaycana gələn turistlərin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə dəfələrlə azalması və ölkəmizi turizmin inkişafında geri salan səbəblər barədə Milli Məclisin deputatı Vüqar Bayramov da dəfələrlə söz açıb.

Deputatın sözlərinə görə, ölkəmizə gələn ərəb turistlərin sayında da azalma müşahidə olunmaqdadır.

İqtisadçı –ekspert  ölkəyə gələn ərəb turistlərin başqa ölkələrə üz tutma səbəbini turizm qiymətlərinin hələ də yüksək olması ilə bağlı olduğunu bildirib.

 Həmçinin turistlərin ölkə mənşəyinin yeniləşməsinin, bunun üçün Avropa və cənubi-şərqi Asiya ölkələrindən turist cəlb etməyin vacibliyini bildirib.

"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər",- deyə Vüqar Bayramov vurğulayıb.

Bəli, çox təəssüf ki, bu gün biz yaxın qonşumuz olan Gürcüstana belə turist cəlbetmə baxımından uduzuruq. Halbuki buna bizim bütün imkanlarımız yol verir.

Xatırladaq ki, Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə 2023-cü ilin yanvar-iyun aylarında (7 ayda) ölkə beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib.  Bu isə 2022-ci illə müqayisədə 661 999 720 ABŞ dolları (57,9%) artım demekdir. Bu ölkənin turizminə töhfə verənlər sırasında isə azərbaycanlılar 7-ci sırada gəlir, yəni ilk onluqda yer almışıq.

Bunun səbəbi isə hamıya məlumdur – ilk növbədə ölkəmizdəki turizm xidmətlərinin baha olması...

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN