booked.net booked.net  

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In-in dəvəti ilə Pxenyana səfər edib. 

KİV-in məlumatına görə, ötən gün keçirilən görüşdə Kim Çen In Vladimir Putinə Rusiya ordusu və xalqının “şər”ə qarşı qalib gələcəyinə əmin olduğunu bildirib: "Mən əminəm ki, qəhrəman rus ordusu və xalqı qələbə ənənəsini parlaq şəkildə davam etdirəcək. Rusiya ordusu və xalqı böyük şərin cəzalandırılması uğrunda müqəddəs döyüşdə şübhəsiz ki, böyük qələbə qazanacaq", - deyə Şimali Koreya lideri vurğulayıb.

Xatırladaq ki, bu ölkənin əsl adı Koreya Xalq Demokratik Respublikasıdır. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir.

Ölkənin ərazisi 120 540 kvadratkilometr, əhalisi 24 milyon nəfərddən çoxdur. Paytaxtı Pxenyandır.

1970-ci illərdə ağır iqtisadiyyatın, ordu xərclərinin və neft qiymətlərinin kəskin artımı ölkə iqtisadiyyatının tənəzüllünə səbəb olub və bu, 1980-ci ildə defoltla nəticələnib.

1994-cü ildə vəfat edən Kim In Senin ardınca hakimiyyətə onun oğlu Kim Çen In yiyələnib. 

"Sərhədsiz Reportyorlar"ın 2010-cu il hesabatına əsasən mətbuat azadlığının vəziyyətinə görə Şimali Koreya 178 dövlət içində yalnız Eritreyanı qabaqlayaraq 177-ci olub.

 JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN