booked.net booked.net  

Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında Avropa İttifaqındakı mövcud vəziyyətlə bağlı öz baxışını təqdim edib.

TEZADLAR.AZ xəbər verir ki, Ursula fon der Layen çıxışı sırasında Avropa və onun qonşuluğunda baş verən hadisələrdən, İttifaqın genişlənmə perspektivindən söz açıb.

Onun sözlərinə görə, Avropa İttifaqı 2023-cu il üçün yeni dövlətlərin üzvlüyünə hazırlaşmalıdır. Komissiyasının sədri bəyan edib ki, Gürcüstan da daxil olmaqla bir çox tərəfdaş ölkənin gələcəyi Avropa İttifaqındadır.

“Ukrayna, Qərbi Balkan ölkələri, Moldova və perspektivdə Gürcüstanın yeri Avropa İttifaqındadır, ona görə də təşkilat mövcud geosiyasi çağırışa cavab tapmalı və bu ölkələrin demokratik istəklərini dəstəkləmək üçün yol tapmalıdır”,- deyə Ursula fon der Layen vurğulayıb.

Avropalı rəsmi 2030-cu il üçün konkret olaraq neçə dövlətin İtiifaqa üz ola biləcəyini qeyd etməsə də, çıxışı zamanı "30+" ifadəsinə yer verməsi diqqət çəkib.

24News.ge

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN