booked.net booked.net  

Latviyada yol polisi avtomobillərin üzərində rus dilində təxribat xarakterli yazıların yerləşdirilməsini yolverilməz hesab edir və buna görə cərimələr tətbiq etməyə hazırdır.

Delfi xəbər verir ki, bu barədə  qurumun mətbuat xidməti məlumat yayıb.

 Ölkənin hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, onlar bu cür yapışqanların dərhal götürülməsini tələb edə, həmçinin avtomobil sahibindən yazıların yerləşdirilməsinin məqsədi və motivasiyasının nə olduğunu izah etməyi tələb edə bilərlər.

 “Geosiyasi vəziyyəti, Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi hərəkətlərini, eləcə də ümumi konteksti nəzərə alsaq, hərbi təcavüzün hər hansı tərənnümü, xüsusən də avtomobillərin üzərində rus dilində “Mən rusam” kimi potensial təxribat xarakterli yazıların yerləşdirilməsi yolverilməzdir”, - deyə açıqlamada deyilir.

 Bundan əvvəl sosial şəbəkələrdə avtomobilin üzərində “Mən rusam” yazısının olduğu fotolar yayılıb və bu,  istifadəçilərin qəzəbinə səbəb olduğu üçün polisi  fəal hərəkət etməyə sövq edib...

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib.

 Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.

Çox təəssüf ki, məsələ indiyəcən həllini tapmayıb və tərəflər arasında keçirilən görüşlər nəticəsiz qalıb. Bu müharibə hər iki ölkənin iqtisadiyyatına külli miqdarda ziyan vurub və xeyli sayda insan itkisinə səbəb olub... 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN