booked.net booked.net  

Sadır Japarov :“Allah qoysa, bu variant keçsə, bundan sonra biz asılı olmayacağıq.”

Bir müddətdir ki, Qırğızıstanda ölkənin dövlət bayrağında gözlənilən dəyişikliyi aktiv şəkildə müzakirə olunmaqdadır.

 Onun dəyişdirilməsi təşəbbüsü isə Joqorku Keneşin spikeri Nurlanbek Şakiyevdən gəlib. Söhbət bayrağın üzərindəki günəşin təsvir olunma şəklindən gedir. Təşəbbüskarın sözlərinə görə, günəş şüalarının korrektə edilməsi bayrağın təkmilləşdirilməsinə yönəlib.

 Lakin Joqorku Keneşin deputatı Tazabek İkramov bildirib ki, Qırğızıstan bayrağının dəyişdirilməsi milyardlarla xərc tələb edəcək.

 Onun sözlərinə görə, dövlət rəmzi dəyişdirilməməlidir.

 “7 milyon vətəndaşın pasportlarının dəyişdirilməsi, avtomobil nömrələri, möhürlər... Bunun əvəzində uşaqlar üçün xəstəxanalar, bağçalar tikmək daha yaxşıdır. Bayrağı dəyişməyə ehtiyac yoxdur. Milyarlarla somu küləyə sovurmağa ehtiyac yoxdur. Sadə adamdan tutmuş Nazirlər Kabinetinin rəhbərinə qədər, bütün vətəndaşlar vətənini sevəndə, ölkədə vəziyyət düzələcək. Təbii, yaxşı olardı bayrağı dəyişəydik və hər şey də dərhal həll olunaydı.  Amma belə ola bilməz. Xalqın problemini qaldıranda, deyirlər pul yoxdur... Mən bayrağın dəyişdirilməsinə külli miqdarda pul xərclənməsinin əleyhinəyəm”, - deyə Tazabek İkramov bildirib.

Qeyd edək ki, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun sözlərinə görə, ümumilikdə o, təklif edilən ideyanı dəstəkləyir.

Prezident bildirib ki, bundan əvvəl cəmiyyətdə aktiv fikir var idi ki, ölkənin bayrağı günəbaxana bənzəyir və bu fonda ölkə ayağa qalxa bilmir.

 “ Hətta bizə qonaq gələn əcnəbilərin respublikamızda günəbaxanın yəqin ki, çoxlu miqdarda yetişdirildiyini dedikləri hallar da olub”, - deyə o, diqqətə çatdırıb.

Lakin Sadır Cəfərov təklif olunan variantı bəyənmədiyini də etiraf edib.“Düzünü deyim: onların təklif etdikləri variant da xoşuma gəlmədi.   Deyəsən, bir qüsur var. Günəşin şüaları tikanlara bənzəyirdi. Bir gün əvvəl mütəxəssislərlə məsləhətləşdikdən sonra düzəldiblər.

bayraq-qrqiz-indiki-ve-teklif-ed

Düzəliş edilmiş versiya həqiqətən günəş şüalarına bənzəyir. Allah qoysa, bu variant keçsə, bundan sonra biz asılı olmayacağıq.  Bundan sonra elə bil günəş parlayacaq və üzümüzə güləcək.

Mən hər hansı inanc və xurafatdan uzağam. Amma yenə də ümid etməliyik ki, bundan sonra bayrağımızın tundukundan  (tunduk - strukturu sferik formadadır, qırğızların "boz-uy" (yurd) yaşayış yerini taclandırır və işıqlı pəncərəsidir - red) daxil olan günəş şüaları kimi inkişaf etmiş və müstəqil ölkə olacağıq”.

Xatırladaq ki, 1 il öncə deputat Arslanbek Maliyev isə Qırğız bayrağının tarixən göy rəngdə olmasını əsas gətirərək, qırmızı rənginin göy rənglə dəyişdirilməsini təklif etmişdi. Onun fikrincə, qırmızı rəng SSRİ-ni xatırladır...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN