booked.netbooked.net booked.net  

TBİLİSİDƏ AZƏRBAYCANLI QADININ 85 İLDİ YAŞADIĞI EVİNİ KİMLƏR ƏLİNDƏN ALMAĞA ÇALIŞIR?

Gürcüstanın paytaxtı Tbilisidə yaşayan Sara xanım uzun illərdir ki, ailəsindən qalmış öz şəxsi evini dövlət reyestrində qeydiyyatdan keçirə bilmir.

Sara xanım və qızı Tamila Məmmədova bu barədə 24News.ge-yə danışıblar.

Tezadlar.az xəbər verir ki, paytaxtın Saburtalo rayonu Mirotadze küçəsi 10-B ünvanında 1935-ci ildən yaşayan Sara Bəşirinin bütün arxiv sənədləri olmasına baxmayaraq 4 ildir ki, süni problemlərlə üzləşir. O qeyd edir ki, onun evi və torpağı şəhərin mərkəzində yerləşdiyindən qeyri-qanuni şəkildə əlindən almaq istəyirlər.

Şikayətçi Sara xanım bildirib ki, anası dünyasını dəyişəndən sonra ata-baba mülklərini nənəsi onun adına keçirib. Nənəsi isə 1970-ci ildə vəfat edib. Uzun illərdir həmin evdə yaşayan xanım sonradan qonşusunun (hansı yollasa) onun adına ola evi öz adına keçirdiyini bildirir. Hansı ki, sənədlə onu adınadır...

Sara xanımın qızı Tamila Məmmədovanın sözlərinə görə, şikayət etdikləri şəxslər, hətta onlara "...Azərbaycanlısınız, əlinizdən alırıq, gedin, Bakıda yaşayın, Bakı Avropaya bənzəyir" deyiblər. Tamila xanım bildirib ki, evlə bağlı sənədləri yoxa çıxarıblar, lakin özlərində olan sənədlər onlardadır. Və həmin sənədləri əldə etmək üçun onlara ombudsman yardım edib.

Beləliklə, 15 ildir ki, həmin evin davası gedir...  

Daha ətraflı videoda tanış ola bilərsiniz.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN