booked.net booked.net  

Biləsuvarda baş verən kütləvi dəm qazından zəhərlənmə ilə bağlı TƏBİB açıqlama verib.

TƏBİB- dən "Təzadlar"a verilən məlumatda deyilir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsilə 11 nəfər müraciət edib. Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. 

Qeyd edək ki, Biləsuvar rayonunda dünən axşam saatlarında dəm qazından kütləvi zəhərlənmə hadisələri baş verib. Maraqlıdır ki, bu hadisələrin hamısı eyni məkanda deyil, 4 fərqli ünvanda baş verib.  TƏBİB-in yaydığı məlumata görə, ümumilikdə 11 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlar Biləsuvar rayon sakinləri - 1980-ci il təvəllüdlü R. Babayeva, 2007-ci il təvəllüdlü E. Babayeva, 2010-cu il təvəllüdlü Z. Suvarlı, 1988-ci il təvəllüdlü G. Suvarova, 2015-ci il təvəllüdlü A. Suvarov, 2009-cu il təvəllüdlü F. Məmmədzadə, 2006-cı il təvəllüdlü M. Məmmədzadə, 1979-cu il təvəllüdlü L. Məmmədova, 2012-ci il təvəllüdlü Z. Məmmədova, 1997-ci il təvəllüdlü G. İbrahimova, 1969-cu il təvəllüdlü R. Əliyevadır. Faktla bağlı araşdırma aparılır.

Sosial mediada yazılanlardan isə belə başa düşülür ki, bütün hadisələrin törənmə mənbəyi İran istehsallı qaz sobaları olan evlərdir. Şahidlər və bu sobalardan istifadə edənlərin sözlərinə görə, həmin sobaların yandırdığı qaz mənzilə ötürülür, xarici çıxışı yoxdur.

FHN əməkdaşları və mütəxəssislər bu məqamı diqqətlə izləyirlər. Dəfələrlə əhaliyə deyilməsinə baxmayaraq, insanlar qaz sobası olan məkanlarda otağa hava daxil olmasının qarşısını alan üsullardan istifadə edirlər. Bu da bədbəxt hadisələrin əsas mənbəyidir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN