booked.net booked.net  

Azərbaycan hakimiyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı təcridxanasında saxlanılan Qarabağ separatçılarının rəhbərlərinin işi ilə bağlı təfərrüatları açıqlamır.

Bununla belə, hökümətin nəzarətində olan media və teleqram kanalları vasitəsilə vaxtaşırı bəzi xəbərlər sızdırılır. Belə ki, bir müddət əvvəl separatçıların keçmiş lideri Arayik Arutyunyanın Azərbaycan dilini öyrənməsi və hətta Azərbaycan vətəndaşlığını qəbul etmək qərarına gəlməsi barədə xəbər yayılmışdı. David Babayan haqqında isə deyilib ki, o, təcridxananın kitabxanasında çoxlu vaxt keçirir. Hökumətyönlü kanallar bu maraglı məlumatları haradan əldə etdikləri barədə məlumat verməyiblər. Eyni zamanda, prokurorlug istintaq materiallarının mətbuata sızmasına reaksiya vermədi. Bu gün Telegram kanallarında, görünür, dəmir barmaqlıqlar arxasında özlərini o qədər də pis hiss etməyən separatçıların fotoları peyda olub. Bu fotoları kim çəkdiyini və onlar necə ictimaiyyətə məlum olduğunu təxmin etmək olar. Onada deyək ki, hər hansı müxalifət nəşrində belə material çıxsaydı, hakimiyyət redaktoru cinayət məsuliyyətinə cəlb edib, araşdırma aparardı. Dərc edilmiş fotolarda Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan, həmçinin separatçı ordunun keçmiş komandanı Levon Mnatsakanyan da əks olunub.Bu şəxslər, eləcə də bir sıra digərləri  Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda sentyabr əməliyyatından sonra saxlanılaraq istintaqa cəlb edilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN