booked.net booked.net  

Cəmiyyətin inkişafına milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında növbəti mərhələnin əsasını qoyub.

Pin It

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Misirdə səfərdədir.

Pin It

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Pin It

"Gələn il yanvarın birindən həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin əməkhaqları 20 faizdən az olmayaraq artırılacaq".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər''ə müsahibəsində deyib.

O bildirib ki, artıq 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq olunub. Zərfə daxil olan sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır.

Sənədə əsasən, gələn ildən minimum əməkhaqqı mövcud 250 manatdan 300 manata çatdırılacaq.

Musa Quliyev deyib ki, minimum əməkhaqqının artması ilə əlaqədar olaraq muzdlu əməkhaqqı çərçivəsində, yəni, vahid tarif cədvəli üzrə çalışan bütün işçilərin aylıq maaşı artacaq.

Bir sözlə, bütövlükdə əməkhaqqının vahid tarif cədvəli üzrə artması həm dövlət sektoru, həm də özəl sektoru əhatə edəcək.

Musa Quliyev onu da qeyd edib ki, gələn il cari illə müqayisədə orta aylıq əməkhaqqı 65 manat artaraq 807 manata çatacaq. Eyni zamanda, orta aylıq əməkhaqqının artması imkan verəcək ki, bütün növ pensiyaların məbləği təxminən 7-8 faiz yüksəlsin.

E.ŞİRİNOV

Pin It

Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərar qəbul edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN