booked.netbooked.net booked.net  

Bu gün səhər saatlarında sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ürəktutmasından vəfat edib...

Deputatın qardaşı İqbal Rəcəbli bu barədə mediaya məlumat verib. İ.Rəcəbli deyib ki, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb. 

"Təzadlar" xatırladır ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidməti isə Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb. "Təzadlar"a verilən məlumata görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar bu gün 17 aprel saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Sitat: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb...".

Allah rəhmət eləsin!

 *** 

 

Rəcəbli Hadi Musa oğlu- 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir.

Siyasi elmlər doktoru, professordur.

  • "Əmək igidliyinə görə" medalı (1976),
  • "Əmək rəşadətinə görə" medalı (1977),
  • "Şərəf" nişanı (1986),
  • "Şöhrət" ordeni (2007),
  • İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.

Evlidir, 4 övladı, 10 nəvəsi var. 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN