booked.net booked.net  

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Mühafizəkarlar Partiyasında "Ukraynanın Dostları" qrupuna rəhbərlik edir.

Bu barədə The Guardian məlumat yayıb.

Müvafiq qərar oktyabrın 2-də Mühafizəkarlar Partiyasının konfransında qəbul edilib.

"Ukraynanın Dostları" qrupunun hazırkı rəhbəri, keçmiş mədəniyyət naziri Con Uittinqdeylin sözlərinə görə, Conson "bu təşkilata rəhbərlik etməyə aşkar və ən layiqli şəxsdir, çünki o, təkcə Britaniyada deyil, bütün Qərbdə birinci şəxs idi. O, indiyədək qətiyyətlə Ukrayna xalqına dəstək verib".

Uittinqdeyl əlavə edib ki, Consonun özü şəxsən konfransda iştirak etməyib, lakin Ukraynanı qətiyyətlə dəstəkləyir.

"Boris bu gün bizimlə ola bilmədiyinə görə təəssüflənir, lakin o, hamımızın inandığı şeyi və Ukraynaya dəstəyimizi tam dəstəkləyir", - siyasətçi vurğulayıb.

Conson və Ukraynada müharibə

Bildiyiniz kimi, Conson müharibənin lap əvvəlindən Ukraynaya güclü dəstək verdi. Məhz onun təşəbbüsü ilə Böyük Britaniya Putinə və Rusiyaya qarşı sanksiyaları ilk tətbiq edənlərdən biri olub, həmçinin Ukraynaya hərbi yardımın artırılmasına yardım edib.

İyulun 7-də Boris Conson Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Consonun istefasına səbəb seks qalmaqalı olub. Xüsusilə, Mühafizəkarlar Partiyasının sədr müavini Kris Pinçer parlamentdəki həmkarlarına təcavüz edib və sərxoş halda barda bir neçə kişiyə sataşıb. İddialara görə, Conson bu vəzifəyə təyin etməzdən əvvəl onun mübahisəli davranışından xəbəri olub.

Sentyabrın 5-də Böyük Britaniyanın xarici işlər naziri Liz Truss hakim Mühafizəkarlar Partiyasının yeni lideri və baş nazir seçilib. O, dəfələrlə Rusiyanın təcavüzünə qarşı durmaqda Ukraynanı dəstəkləyəcəyini bəyan edib, həmçinin Ukraynanın ən böyük dostu olacağına söz verib.

Sentyabrın 6-da Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Vadim Pristayko bildirib ki, Ukraynanın Böyük Britaniyadakı səfirliyi Liz Trussun Kiyevə səfərinə hazırlığa artıq başlayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN