booked.net booked.net  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi ərizə təqdim edib. Yerli telekanalların canlı yayımı zamanı Ərdoğanın Ədalət və İnkişaf Partiyasının nümayəndələri onun qeydiyyatı üçün sənədləri təhvil vermək üçün MSK-ya gəliblər.

Tezadlar.az xəbər verir ki, hazırda 18 siyasətçi ən yüksək dövlət postu uğrunda mübarizə aparacaqlarını açıqlayıb. Ərdoğanın əsas rəqibinin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu olacağı gözlənilir.

AKP ilə birlikdə hakim partiya ilə ittifaqda olan Milliyyətçi Hərəkat Partiyasının nümayəndələri də Mərkəzi Seçki Komissiyasına gəlib. Onlar bəyan ediblər ki, partiyalar Ərdoğanın vahid namizəd kimi irəli sürülməsinə qərar veriblər və qanunun tələb etdiyi kimi bütün lazımi sənədləri MSK-ya təqdim ediblər.

MSK daha iki saat ərzində namizədlərin ərizələrini qəbul edəcək. Çərşənbə axşamı komissiyanın rəhbəri təsdiq edilmiş prezidentliyə namizədlərin yekun siyahısını açıqlayacaq.

Türkiyədə parlament seçkiləri ilə yanaşı, mayın 14-də prezident seçkiləri də keçiriləcək. Birinci turda qalib gəlmək üçün dövlət başçısı postuna namizəd 50%-dən çox səs toplamalıdır. Əks halda, birinci turda ən çox dəstək alan iki namizədin iştirak edəcəyi ikinci tur keçiriləcək. Bundan əvvəlki prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib. Ərdoğan 52,6% səs toplayaraq onları qazanıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN