booked.net booked.net  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Amerikanın hazırkı lideri Co Bayden səriştəsizliyinə görə Ukraynadakı münaqişəni dayandıra bilmir.

Tezadlar.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ əsasən Baydenə görə münaqişədə iştirak edir.

ABŞ-ın keçmiş prezidenti jurnalist Taker Karlsona deyib: “O, bizi Rusiya və Ukrayna arasında ciddi şəkildə iştirak etdiyimiz bu dəhşətli müharibədən çıxarmaq üçün çalışmalıdır”.

Tramp hesab edir ki, bunu asanlıqla etmək olar, lakin Bayden “yüz minlərlə insanın” ölümünə baxmayaraq, bacarmayacaq.

Bundan əvvəl, avqustun 10-da Tramp Baydeni ABŞ üçün psixi fəlakət adlandırmışdı. ABŞ-ın eks-prezidentinin sözlərinə görə, Baydenin siyasəti bütün ölkəni təhdid edir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN