booked.net booked.net  

Türkiyə təbii qazın qiymətlərinin formalaşacağı və enerji məhsullarının ticarətinin aparılacağı mərkəzə çevrilmək niyyətindədir. Bu, öz ərazisində qaz qovşağının yaradılması layihəsinin həyata keçirilməsi ilə asanlaşacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə respublikanın energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Sabah” qəzetinə müsahibəsində bildirib.

"Türkiyənin özəlliyi ondan ibarətdir ki, o, fiziki cəhətdən neft və təbii qaz üçün bazadır. Rusiya Türkiyədə qaz mərkəzinin yaradılması ideyasını dəstəkləyir. Biz istəyirik ki, Türkiyənin təbii qazın qiymətlərinin müəyyənləşdiyi və müəyyən olunduğu mərkəzə çevrilsin. Bu, bir növ elektron ticarət və qiymət sistemidir. Əgər sizin də anbarlarınız varsa, o zaman tələbatın şərtlərinə uyğun olaraq ucuz qiymətə alınan qazı satıb pul qazana bilərsiniz”, - deyə türkiyəli nazir bildirib.

Rusiya prezidenti Vladimir Putin iyulun 29-da Türkiyə ərazisində qaz qovşağının yaradılmasının gündəmdə qaldığını bildirib. Onun sözlərinə görə, layihə Türkiyənin qitəyə qaz tranzit ölkəsi kimi artan rolunu nəzərə alaraq, Avropaya qaz tədarükü üçün elektron ticarət platformasının yaradılmasını nəzərdə tutur.

2022-ci ilin oktyabrında Putin Türkiyə ərazisində “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Türkiyə hakimiyyəti bildirir ki, ölkədə infrastruktur baxımından qovşağın layihəsinin həyata keçirilməsi üçün demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik edilməlidir. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin “Botaş” neft-qaz şirkəti və bir sıra digər təchizatçıların fəaliyyətinə aid olub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA