booked.net booked.net  

“Rosatom” tərəfindən inşa edilən “Akkuyu” AES 2024-cü il oktyabrın 29-da işə başlayacaq.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Sabah” qəzetinə məlumat verib.

“1 nömrəli blokda elektrik enerjisi istehsalına 29 oktyabr 2024-cü ildə başlanacaq. Digər aqreqatlar isə bir il fasilə ilə istifadəyə veriləcək”, - deyə o, izah edib.

Eyni zamanda, nazirin sözlərinə görə, Türkiyə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi layihələrinin icrasına başlamağı planlaşdırır. Artıq Rusiya, Cənubi Koreya və Fransa tərəfindən maraq ifadə olunub və Çinlə danışıqlar aparılır.

“Biz hökumətlərarası sazişin mətnini hazırlayıb təsdiq üçün parlamentə göndərmək istəyirik”, - deyə Bayraktar bildirib.

Bundan əvvəl Rusiya və Türkiyə nüvə yanacağının “Akkuyu” AES-ə çatdırılmasını rəsmiləşdirib. İlk partiyanın çatdırılması Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın videobağlantı vasitəsilə iştirak etdiyi təntənəli mərasimlə müşayiət olunub.

Vladimir Putin çıxışında “Akkuyu” tikintisinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq şəraitində aparıldığını və bunun gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Texniki tərəfdən, “Akkuyu” dünyanın ən müasir və ən təhlükəsiz avadanlıqları ilə təchiz edilmişdir. Putinin sözlərinə görə, AES nüvə obyekti kimi qeydiyyata alındıqdan sonra Türkiyə inkişaf etmiş ölkələr klubuna daxil edilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA