booked.net booked.net  

Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır və 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz 7,2 mlrd. ABŞ dollarını keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: “İqtisadiyyat Nazirliyi olaraq, biz iki ölkə arasında ticarət və iqtisadi kooperasiyanın daha da inkişaf etdirilməsi üçün səylərimizi artırırıq. Məsələn, bu ilin iyun ayında İstanbuldakı Azərbaycan Respublikasının Baş Konsulluğunda ticarət nümayəndəsi Aparatı fəaliyyətə başlayıb və artıq ikitərəfli iqtisadi, xüsusilə investisiya əlaqələrinin inkişafının təmin olunmasında aktiv rol oynayır”.

Nazir xüsusi vurğulayıb ki, bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir: “Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”.

Nazir əlavə edib ki, əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkında Türkiyə ilə birlikdə dərman vasitələrinin istehsalı zavodunun təməlinin qoyulması da investisiya əməkdaşlığımızın çoxvektorlu olmasının təzahürüdür.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN