booked.net booked.net  

Çoxdan arzulandığı kiki, Bərdə-Ağdam dəmir yolu layihəsi üzrə işlərin 90 %-i icra olunub və Ağdam şəhərinin mərkəzinə qədər uzanan dəmir yolu xətti çəkilib.

Tezadlar.az  xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib. Nəzərovanın sözlərinə görə, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub: “İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına 2020-ci ildən başlanılıb. Biz Ağdam şəhərinin mərkəzinə kimi dəmir yolu xəttini inşa etmişik. Hazırda Bərdə, Təzəkənd və Köçərli stansiyalarının tikintisi başa çatmaq üzrədir. Ümumilikdə ümumi oxu üzrə 47,1 km uzunluğunda olan dəmir yolu xəttinin inşası yekunlaşır”. S.Nəzərova vurğulayıb ki, bu il ərzində həmçinin dəmir yolu və avtovağzal kompleksinin vahid nəqliyyat qovşağı olaraq layihələndirilməsi işləri yekunlaşıb: “Bununla yanaşı, Bakı-Böyük-Kəsik dəmiryolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax-Bərdə yolunun layihələndirilməsi üzərində iş aparılır. Məqsədimiz mərhələli şəkildə ölkə boyu dəmir yolu infrastrukturunu müasirləşdirməkdir”.

Bərdədən Ağdama uzanan dəmir yolu strateji əhəmiyyətə malikdir. Yolun tezliklə istifadəyə verilməsi üçün bütün lazımi işlər görülür...

XALİQ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN