booked.net booked.net  

Ötən ilin son ayında - dekabrda Rusiyada federal səviyyədə qəbul edilən qərarlardan sonra Azərbaycan və Türkiyədən 5 partiya toyuq yumurtası Dağıstana gətirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

"Rosselxoznadzor"un məlumatına görə,  Azərbaycandan 1,2 milyon ədəd, Türkiyədən isə 600 mindən çox ərzaqlıq yumurta idxal olunub.

Ümumilikdə 110 ton yumurta tədarük edilib.

Qeyd edək ki, bir müddət əvvəl iqtisadçı-ekspert Eldəniz Əmirov yerli KİV-ə bildirmişdi ki, Rusiyaya yumurta ixracının artırılması Azərbaycan bazarlarında tələbatın ödənilməsi ilə bağlı müəyyən problemlər yarada bilər. 

Və ekspertin proqnozu özünü doğrultmaqdadır. Çünki yumurtanın qiymətində bahalaşma var. Bir çoxları bunu inkar etsə də...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN