booked.net booked.net  

"Bu gün korrupsiyaya nəzarət baxımından Gürcüstan 11 Aİ üzvü və 13 NATO üzvü ölkəsini qabaqlayır - Qafqaz və Qara dəniz regionunda biz birinci yerdəyik".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili Korrupsiyaya Qarşı Mübarizə Bürosunun təqdimatında çıxışı zamanı qeyd edib. Bundan əlavə, hökumət başçısı korrupsiyaya qarşı mübarizə istiqamətində son 10 ildə hökumətin ölkəyə gətirdiyi nailiyyətlərdən və bu siyasətin gücləndirilməsindən danışıb: "Korrupsiya Qavrama İndeksinin 2022-ci il araşdırmasına görə, Gürcüstan 180 ölkə arasında 41-ci yerdədir; Bir faktı da qeyd etmək istərdim – "Rüşvət Riskləri - Risk Matrix 2022“yə əsasən, Gürcüstan Avropanın ilk 20-liyində, qlobal reytinqdə isə 194 ölkə arasında 33-cü yerdədir; Burada xatırladırıq ki, Qlobal Ədalət Layihəsinin qanunun aliliyi indeksinə görə Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiya regionunda birinci yerdədir. Açıq büdcə anketi araşdırmasına görə, Gürcüstan dünyanın 120 ölkə arasında birinci yerdədir. Əziz dostlar, korrupsiya nəzarətə görə, Gürcüstan Dünya Bankının sıralamasında 189 ölkə arasında daha 5 pillə irəlilədi və Avropada 21-ci yerdə qərarlaşdı", - deyə baş nazir vurğulayıb.
 Baş nazir həmçinin qeyd edib ki, 12 tövsiyə ilə bağlı bütün öhdəlikləri aydın şəkildə yerinə yetirmək üçün hökumət tərəfindən hər şey edilir. Onun sözlərinə görə, 12 bəndlik planın dördüncü hissəsi antikorrupsiya mexanizminin gücləndirilməsini nəzərdə tuturdu və bunun üçün antikorrupsiya bürosu yaradılıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN