booked.net booked.net  

2022-ci ilin fevralından Rusiyanın hərbi təcavüzünün başladığı vaxtdan bəri Ukraynada azı 501 uşaq öldürülüb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel tviterdə yazıb.

“Ukraynanın uşaqları və ailələri üçün daha bir faciəvi dönəm”, - o, sosial şəbəkədə vurğulayıb.

Rassel xəbərdarlıq edib ki, real rəqəm, ehtimal ki, BMT agentliyinin təsdiq etdiyi rəqəmlərdən xeyli yüksəkdir.

Bundan əlavə, 1 000-ə yaxın ukraynalı uşağın yaralandığını açıqlayan UNICEF-in rəhbəri əlavə edib ki, müharibə zamanı uşaqların aldıqları görünən və görünməyən yaralar ömür boyu onlarda qala bilər:

“Hər bir uşaq harada yaşayırsa yaşasın, dinc bir mühitdə böyüməyə layiqdir. Heç bir uşaq zorakılıq və qorxu ilə boğulan uşaqlığı yaşamamalıdır”.

report

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN