booked.net booked.net  

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasında  yerləşən N saylı hərbi hissəsinin əsgəri Kənan Bəkiyev odlu silahdan açılan atəş nəticəsində həlak olub.

Əsgərin ölümü ilə bağlı Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb. Hazırda istintaq davam edir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, Azərbaycan Hərbi Pokuorluğunda bildiriblər. Əsgər Bəkiyevin ölümü son ayda Azərbaycanda hərbi qulluqçular arasında ən azı 4-cü qeyri-döyüş itkisi hadisəsidir. Belə ki, iyunun 19-da Azərbaycan Müdafiə Nazirliyi hərbi polis əsgəri Fərid Əzizovun intihar etdiyini bildirib. İyunun 17-də Azərbaycan Dövlət Sərhəd Xidməti baş çavuş Pərviz Hacıyevin intihar etdiyini, iyunun 10-da isə hərbi hissələrdən birində kiçik gizir Rəhil Əhmədovun həlak olduğunu bildirib ki, bu da intihar kimi tövsif edilib. (Turan).

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN