booked.net booked.net  

Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, araşdırma zamanı məktəbin vəzifəli şəxsləri tərəfindən 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə faktiki olaraq işə gəlməyən və tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi, məktəbdə təhsil alan şagirdlərinin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 132 min manatdan artıq maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN