booked.net booked.net  

Bu yaxınlarda. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Rafael Eyvazov, cinayət kollegiyasının hakimləri İbrahim İbrahimli və Ziya Şirinov metodik kömək göstərmək məqsədilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində olub.

Tezadlar.az Bakı Apellyasiya Məhkəməsinin yaydığı məlumata istinadla bildirir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Vidadi Qasımov məhkəmə tərəfindən baxılmış mülki və cinayət işləri üzrə statistik məlumatları təqdim edərək, yuxarı instansiya məhkəmələri tərəfindən yekun məhkəmə aktlarının dəyişdirilməsi və ləğv olunması səbəblərinin mütəmadi olaraq təhlil və müzakirə olunduğunu bildirib O, həmçinin bu cür görüşlərin hüququn düzgün tətbiq edilməsi baxımından əhəmiyyətli olduğunu da qeyd edib. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Rafael Eyvazov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılmış mülki işlər üzrə məhkəmə aktlarının dəyişdirilməsi və ləğv olunmasına dair statistik məlumatları diqqətə çatdırmış, maddi və prosessual qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara yol verildiyini bildirib.

Hakim İbrahim İbrahimli isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökm və qərarların apellyasiya qaydasında dəyişdirilməsi və ləğv olunmasına dair statistik göstəricilər barədə məlumat verib, məhkəmənin hakimləri, o cümlədən gənc hakimlər tərəfindən qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə cinayət işlərinin kargüzarlıq qaydalarına uyğun və tam tərtib edilməməsi hallarına rast gəlindiyini qeyd edib. 
 Hakim Ziya Şirinov cinayət işləri üzrə əvvəllər rast gəlinən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və əməlin tövsifinə təsir edən işin faktiki hallarının, sübutların tam və hərtərəfli qiymətləndirilməməsi hallarının aradan qaldırıldığını, maddi və prosessual hüquq normalarının tətbiqi zamanı kobud pozuntulara rast gəlinmədiyini, cəza siyasətinin adekvat olduğunu bildirib. O, həmçinin inzibati xətalara dair işlər üzrə hüquqi şəxslərin nümayəndələrinin iştiraklarının təmin edilməsi ilə bağlı, eləcə də tibbi xarakterli məcburi tədbirlərin növünün dəyişdirilməsinə dair materiallar üzrə tövsiyələrini verib.

Daha sonra görüş qarşılıqlı maraq doğuran fikir mübadiləsi ilə davam etdirilib, eyni zamanda məhkəmə təcrübəsində ortaya çıxan, fikir ayrılığına səbəb olan hallarla bağlı hakimlər tərəfindən verilmiş suallar Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən cavablandırılıb.

Görüş iştirakçıları vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olması baxımından bu kimi görüşlərin əhəmiyyətli olduğunu qeyd ediblər.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN